Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan Respublikası ilə Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 4 iyul tarixli 1554 nömrəli Sərəncamında dəyişiklik edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən birgə hökumətlərarası komissiyanın tərkibi aşağıdakı redaksiyada verilir:
| “Komissiyanın sədri | ||
| Artur Rasi-zadə | - | Azərbaycan Respublikasının Baş naziri |
| Komissiya sədrinin müavini | ||
| Şahin Mustafayev | - | Azərbaycan Respublikasının iqtisadiyyat naziri |
| Komissiyanın üzvləri: | ||
| Samir Şərifov | - | Azərbaycan Respublikasının maliyyə naziri |
| Ramin Quluzadə | - | Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri |
| Hüseynqulu Bağırov | - | Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri |
| Əbülfəs Qarayev | - | Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri |
| Mikayıl Cabbarov | - | Azərbaycan Respublikasının təhsil naziri |
| Xələf Xələfov | - | Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini |
| Aydın Əliyev | - | Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri |
| Nazim İbrahimov | - | Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədri |
| Ramiz Həsənov | - | Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri |
| Qüdrət Qurbanov | - | Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının rəisi |
| Elçin Quliyev | - | Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi |
| Rövnəq Abdullayev | - | Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti |
| Cavid Qurbanov | - | “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri |
| Dursun Həsənov | - | Azərbaycan Respublikasının Gürcüstanda fövqəladə və səlahiyyətli səfiri”. |
Xarici İşlər Nazirliyinə tapşırılır ki, sərəncamda edilən dəyişikliklər barədə Gürcüstan tərəfinə müvafiq bildiriş göndərsin.