Modern.az

Qaqauziyada başqan seçkiləri ikinci tura qaldı

Qaqauziyada başqan seçkiləri ikinci tura qaldı

Dünya

Bu gün, 10:08

Moldovanın tərkibindəki Qaqauziya Muxtar Bölgəsində başqan və Xalq Məclisinin deputatlarının seçkiləri keçirilib.

Modern.az xəbər verir ki, başqan postuna namizəd olan səkkiz nəfərdən heç biri səslərin yarıdan çoxunu toplaya bilməyib.

Moldovanın keçmiş baş prokuroru Aleksandr Stoyanoqlo təxminən 38 faiz, Sosialistlər Partiyasının namizədi Fyodor Qaqauz isə 24 faiz səslə ikinci tura keçib.

Seçkilərin ikinci turu noyabrın 29-na təyin olunub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Döyüş meydanında yaralıları xilas edən XTQ həkiminin yaşadıqları (II hissə)