Modern.az

Bakıda hasar uçdu, 48 yaşlı qadın öldü

Bakıda hasar uçdu, 48 yaşlı qadın öldü

Hadisə

Bu gün, 09:27

Bakıda 48 yaşlı qadın bədbəxt hadisə nəticəsində ölüb.

Modern.az-ın məlumatına görə, hadisə paytaxtın Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Sollar küçəsi, 100 ünvanında baş verib.

Sulutəpə qəsəbə sakini, 1978-ci il təvəllüdlü Samirə Nəsir qızı Nuriyeva piyada hərəkət edərkən boş torpaq sahəsinin ətrafına mişar daşları ilə hörülmüş hasar uçub. Hadisə nəticəsində qadın dağıntının altında qalaraq ölüb.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Döyüş meydanında yaralıları xilas edən XTQ həkiminin yaşadıqları (II hissə)