Rusiya Prezidenti Vladimir Putin, Çin Sədri Si Cinpin və ABŞ Prezidenti Donald Tramp noyabrın 19-da Çinin Şençjen şəhərində üçtərəfli görüş keçirəcəklər.
Modern.az xəbər verir ki, bu barədə noyabrın 16-da Çinin Xarici İşlər Nazirliyinin rəsmi saytında məlumat yayılıb.
Nazirliyin sözçüsü açıqlamasında bildirib ki, Si Cinpin noyabrın 19-da Şençjen şəhərində Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Çin–Rusiya–ABŞ sammitinə ev sahibliyi edəcək.
Çinin Xarici İşlər Nazirliyi dünya liderlərinin gözlənilən görüşü ilə bağlı hələlik əlavə təfərrüat açıqlamayıb.