Modern.az

Azercell-in "30 il səninlə" lotereyasında fakturalı xətt abunəçilərini möhtəşəm hədiyyələr gözləyir! 

Azercell-in "30 il səninlə" lotereyasında fakturalı xətt abunəçilərini möhtəşəm hədiyyələr gözləyir! 

Aktual

Bu gün, 15:54

Qarşıdakı tirajlarda 12 iPhone 17 Pro, 2 Toyota Corolla Cross avtomobili və tam təmirli mənzil sahiblərini tapacaq

Azercell-in 30 illik yubileyinə həsr olunan “30 il səninlə” lotereyası davam edir. Abunəçilərə dəyərli hədiyyələr qazanmaq fürsəti yaradan lotereya çərçivəsində fakturalı xətt abunəçiləri qarşıdakı tirajlarda ümumilikdə 12 ədəd iPhone 17 Pro smartfonu, 2 ədəd Toyota Corolla Cross avtomobili və “28 May” metro stansiyasının yaxınlığında yerləşən tam təmirli 2 otaqlı mənzil qazanmaq şansı əldə edəcəklər.


Fakturalı xətt abunəçiləri arasında ilk tiraj 30 noyabr, növbəti tiraj isə 30 dekabr 2026-cı il tarixində keçiriləcək. Hər tirajda 6 ədəd iPhone 17 Pro (256 GB) smartfonu və 1 ədəd Toyota Corolla Cross avtomobili oynanılacaq. Dekabrın 30-da baş tutacaq Yekun Meqa tirajda isə mənzilin qalibi müəyyənləşəcək.

Lotereyada iştirak etmək olduqca asandır. Fakturalı xətt abunəçiləri Azercell tətbiqinin “Lotereya” bölməsindən və ya 3035 qısa nömrəsinə START yazıb SMS göndərməklə pulsuz qoşula bilərlər.

Abunəçilər gündəlik istifadə etdikləri Azercell-in məhsul və xidmətlərindən yararlanmaqla, balanslarını artırmaqla, eyni zamanda “Azercell” tətbiqindən xüsusi şans paketləri əldə etməklə lotereya şanslarının sayını artıra bilərlər. Faktura məbləğindən asılı olaraq 5 dəfəyədək əlavə şans qazanmaq mümkündür. Qazanılmış şansların tirajda iştirakını təmin etmək üçün hesab-faktura təqdim edildiyi tarixdən etibarən 21 təqvim günü ərzində tam ödənilməlidir.

Yekun Meqa tirajda həm fakturalı, həm də fakturasız xətt abunəçilərinin əvvəlki tirajlarda hədiyyə qazanmamış şansları da iştirak edəcək. Beləliklə, əvvəlki tirajlarda uduş əldə etməyən şanslar da mənzil üzrə keçiriləcək son tirajda iştirak edəcək.

Lotereyanın şərtləri, iştirak qaydaları və hədiyyələr barədə ətraflı məlumatla Azercell-in rəsmi internet səhifəsində tanış olmaq mümkündür.

Çoxlu şans topla, hədiyyə qazan!

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İran ballistik raketləri yeraltından çıxardı - Dəhşətli müharibə...