Modern.az

İran kəşfiyyatında ilk - nazir olmaq üçün din xadimi şərti ləğv edildi

İran kəşfiyyatında ilk - nazir olmaq üçün din xadimi şərti ləğv edildi

Dünya

Bu gün, 10:35

İran parlamenti Kəşfiyyat Nazirliyinə rəhbər təyin olunmaq üçün müctəhid statusunun məcburi olması tələbini ləğv edib.

Modern.az xəbər verir ki, bu barədə “İranlı jurnalistin gündəliyi” Telegram kanalı məlumat yayıb.

Kanal bu qərarı olduqca mühüm hadisə kimi qiymətləndirib.

Məlumata görə, indiyədək İranda kəşfiyyat naziri vəzifəsinə təyin olunmaq üçün namizədin müctəhid statusuna malik olması əsas şərtlərdən biri idi. Bu hüquq rəsmi şəkildə tanınmalı idi.

Qərardan sonra İran Kəşfiyyat Nazirliyinin tarixində ilk dəfə olaraq bu quruma din xadimi olmayan şəxsin rəhbərlik etməsi mümkün olacaq.


İran kəşfiyyatında ilk – Nazir olmaq üçün din xadimi statusu tələb edilməyəcək

Whatsapp
Bizə yazın!
Keçid et
Döyüş meydanında yaralıları xilas edən XTQ həkiminin yaşadıqları (II hissə)