Modern.az

Azərbaycanın da imtina etdiyi bayram - Zəhmətkeşlər günü

Azərbaycanın da imtina etdiyi bayram - Zəhmətkeşlər günü

Aktual

1 May 2020, 08:37

1 may tarixi dünyanın bəzi ölkələrində Zəhmətkeşlərin beynəlxalq həmrəylik bayramı kimi qeyd edilir. Bu bayramın tarixi fəhlələrin ABŞ-da keçirdiyi etiraz aksiyasından başlayır.

Modern.az-ın məlumatına görə, 1896-cı ildə mayın 1-də Amerikanın Çikaqo şəhərində 300 mindən çox fəhlə hər gün 10-15 saat işləmələrinə etiraz edərək nümayişə çıxıb, 8 saatlıq iş günü və istirahət hüququ tələb edib. Tətil qısa müddətdə Amerikanın digər sənaye mərkəzlərinə də yayılıb. Sonaralar Avropanın iri şəhərlərində, o cümlədən Rusiyada da fəhlə tətilləri başlayıb. Üç il sonra, 1889-cu ildə fəhlə partiyalarının beynəlxalq birliyi - İkinci İnternasionalın iştirakçıları Paris konqresinə toplaşaraq, 1 may gününü bütün dünya fəhlələrinin həmrəyliyi günü elan ediblər. Dünyada ilk dəfə 1890-cı ildə bu bayramı qeyd ediblər.

 

Bununla da fəhlələrinin tətil elan etdiyi 1 may tarixi zəhmətkeşlər günü kimə tarixə düşüb. 

Azərbaycan keçmiş SSRİ-nin tərkibində olduğu dövrlərdə, 1920-1991-ci illərdə 1 may ölkəmizdə də rəsmi bayram kimi qeyd edilib.

1992-ci ildə Azərbaycan hökuməti bu bayramı totalitar quruluşun ideoloji  atributu kimi ləğv edib.

Hazırda 1 may dünyanın 67 ölkəsdə işçi bayramı günü kimi qeyd edilir. Türkiyədə də Beynəlxalq Əmək günü Taksim meydanında böyük coşqu ilə qeyd olunur.

 
A.Qorxmaz

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada ara qarışdı - Çevriliş xəbərdarlığı edildi - Gündəm Masada