Modern.az

Koronavirusa yoluxduğunu öyrənəndən sonra özünü yandırdı

Koronavirusa yoluxduğunu öyrənəndən sonra özünü yandırdı

Aktual

27 Aprel 2020, 19:57

Rusiyada keşiş köməkçisi Dmitri Pelipenko koronavirusa yoluxduğunu öyrənəndən sonra özünü yandırıb.

 

Modern.az xəbər veroir ki, bu barədə Rusiya telekanalları məlumat  yayıb.

 

Pelipenko hələ aprelin 16-da sətəlcəm diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi. Tezliklə onun COVID-19-a yoluxduğu təsdiqlənir. Bundan sonra o, xəstəxananın birinci mərtəbəsinin pəncərəsindən qaçıb.

 

Bir neçə saatdan sonra Pelipenkonu yenidən xəstəxanaya gətiriblər: lakin onun bədəninin 90 faizi artıq yanmışdı. Şahidlərin sözlərinə görə, o, kilsənin həyətində tezalışan maddəni üzərinə tökərək özünü yandırıb.

 

Həkimlərin bütün səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada ara qarışdı - Çevriliş xəbərdarlığı edildi - Gündəm Masada