Modern.az

Tovuz sakini sinəsindən bıçaqlandı

Tovuz sakini sinəsindən bıçaqlandı

Aktual

27 Aprel 2020, 22:37

Tovuz rayonunda bıçaqlanma hadisəsi baş verib.

Modern.az  “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Düz Qırıqlı kəndində qeydə alınıb.

Belə ki, 1977-ci il təvəllüdlü Rzayev Azər Əşrəf oğlu iki bıçaq xəsarətilə xəstəxanaya yerləşdirilib.

Müayinə zamanı ona döş və kürək nahiyələrindən bıçaq xəsarəti diaqnozları qoyulub.

Onun kim tərəfindən və hansı səbəbdən bıçaqlandığı məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada ara qarışdı - Çevriliş xəbərdarlığı edildi - Gündəm Masada