Modern.az

Fransada koronavirusdan ölənlərin sayı 23 293 nəfərə çatdı

Fransada koronavirusdan ölənlərin sayı 23 293 nəfərə çatdı

Aktual

27 Aprel 2020, 22:51

Fransada son sutka ərzində koronavirusdan ölənlərin sayı 437 nəfər artıb.

 

Modern.az xəbər verir ki, bununla da ölkədə COVİD-19 pandemiyasından ölənlərin sayı 23 293-ə çatıb.

Fransa Səhiyyə Nazirliyinin məlumatına görə, onlardan 14,5 min nəfəri xəstəxanalarda, 8,8 min nəfəri isə sosial-tibbi müəssisələrdə ölüb.


Qeyd edək ki, ölkədə infeksiyaya yoluxanların ümumi sayı son 24 saat ərzində 3 764 artaraq 128 339 nəfərə yüksəlib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada ara qarışdı - Çevriliş xəbərdarlığı edildi - Gündəm Masada