Modern.az

Gürcüstanda koronavirusa yoluxanların sayı 497-yə çatdı

Gürcüstanda koronavirusa yoluxanların sayı 497-yə çatdı

Aktual

27 Aprel 2020, 23:26

Gürcüstanda daha bir nəfər koronavirusa yoluxub.

Modern.az  “Report”a  istinadən xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla bağlı xüsusi rəsmi saytında bildirilib.

 

Bununla da qonşu ölkədə COVID-19 infeksiyasına yoluxanların ümumi sayı 497-yə çatıb. Həmin şəxslərin 156-sı tam sağalıb, 6-sı isə ölüb.

Karantində 5 107, stasionar nəzarətdə isə 534 nəfər saxlanılır.

Sizə yeni x var
Keçid et
Rusiyada ara qarışdı - Çevriliş xəbərdarlığı edildi - Gündəm Masada