Liviya Milli Ordusu bazar ertəsi ölkədə nəzarəti ələ aldığını açıqlayıb.
Modern.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Liviya Milli Ordusunun komandanı Marşal Xəlifə Haftar açıqlayıb.
“Silahlı Qüvvələrin Baş Komandanlığı ölkənin idarəçiliyini ələ keçirir və Şirat Sazişinin ləğv olunduğunu elan edir”.
Qeyd edək ki, Şirat Sazişi 2015-ci ilin dekabr ayında Mərakeşin Şirat şəhərində imzalanıb və özündə silahlı münaqişə tərəfləri arasında mövcud olan problemin siyasi yolla həllini ehtiva edir.