Modern.az

Dünən vəfat edən alim Nazir müavininin qardaşıdır

Dünən vəfat edən alim Nazir müavininin qardaşıdır

Aktual

28 Aprel 2020, 09:12

Bakı Dövlət Universitetinin fəxri professoru, tarix elmləri doktoru, professor Abuzər Alı oğlu Xələfov aprelin 27-də 89 yaşında vəfat etdiyi barədə dünən xəbər vermişdik.

 
Modern.az-ın məlumatına görə, mərhum Abuzər Xələfov Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfovun böyük qardaşıdır.

Mərhum A.Xələfov Azərbaycan milli kitabxanaşünaslıq elminin banisi, BMT yanında Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının həqiqi üzvü idi.

Görkəmli alim Əməkdar elm xadimi, Əməkdar mədəniyyət işçisi, "Şərəf" və "Şöhrət" ordenləri ilə təltif edilib.

 

Sizə yeni x var
Keçid et
Rusiyada ara qarışdı - Çevriliş xəbərdarlığı edildi - Gündəm Masada