Modern.az

Bakıya narkotik gətirmək istəyənlər tutuldu - Fotolar

Bakıya narkotik gətirmək istəyənlər tutuldu - Fotolar

Aktual

28 Aprel 2020, 11:22

Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının Yevlax rayonunda keçirdikləri tədbir zamanı Ağdaş sakinləri Turan Mustafayev və Fazil Məhərrəmov tutulublar. 

 

Modern.az xəbər verir ki, onların üzərlərində və idarə etdikləri avtomobildə axtarış aparılan zaman ümumi çəkisi 1 kiloqram 200 qram olan qurudulmuş marixuana aşkar olunaraq götürülüb. Saxlanılan şəxslər narkotik vasitələri satmaq niyyəti ilə Bakı şəhərinə gətirmək istədiklərini bildiriblər.

 

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Saxlanılan şəxslərin digər cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

 



 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada ara qarışdı - Çevriliş xəbərdarlığı edildi - Gündəm Masada