Modern.az

Velosiped sürən yeniyetməni maşın vurub öldürdü

Velosiped sürən yeniyetməni maşın vurub öldürdü

Aktual

28 Aprel 2020, 12:24

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, aprelin 27-də saat 15 radələrində Xəzər rayonunun Şağan qəsəbəsi ərazisində qəsəbə sakini, əvvəllər məhkum olunmuş X.Rzayev idarə etdiyi “MAZ” markalı avtomobillə yolun hərəkət hissəsində velosiped sürən həmyerlisi, 14 yaşlı Bəşir Cəlalovu vurub və uşaq aldığı xəsarətlərdən hadisə yerində ölüb.

 

Xəzər Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
Rusiyada ara qarışdı - Çevriliş xəbərdarlığı edildi - Gündəm Masada