Modern.az

Hesablama Palatası 75 milyonluq səmərəsiz xərc aşkarlayıb  

Hesablama Palatası 75 milyonluq səmərəsiz xərc aşkarlayıb  

Aktual

28 Aprel 2020, 12:52

Hesablama Palatası 2019-cu ildə Azərbaycanda büdcə xərclərinin bir hissəsi qanunauyğun şəkildə icra edilsə də, onlar müəyyən meyarlar üzrə səmərəsiz xərclər hesab olunur. Həmin xərclər 75 milyon manat məbləğində qiymətləndirilib.

 

Modern.az xəbər verir ki, bunu Palata sədri Vüqar Gülməmmədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin növbəti iclasında bildirib.



O, həmçinin bildirib ki, ötən il palata 5 nəzarət tədbiri üzrə müəyyən etdiyi qanun pozuntularına dair materialları prokurorluq orqanlarına təqdim edib. Bunlar əsasən dövlət satınalmaları ilə bağlı qanunvericiliyin pozulması hallarıdır.

Sizə yeni x var
Keçid et
Rusiyada ara qarışdı - Çevriliş xəbərdarlığı edildi - Gündəm Masada