Modern.az

Naftalanda yaşayan aztəminatlı ailələrə yardımlar davam edir - FOTO

Naftalanda yaşayan aztəminatlı ailələrə yardımlar davam edir - FOTO

Aktual

28 Aprel 2020, 14:35

Cənab Prezident İlham Əliyevin “Biz birlikdə güclüyük!” çağırışına dəstək verərək SOCAR  tərəfindən Naftalan şəhərində, şəhərin Qaşaltı Qaraqoyunlu və Qasımbəyli kəndlərində tənha yaşayan ahıllara, aztəminatlı, qayğıya ehtiyacı olan ailələrə və şəhid ailələrinə yardım edilib.

 

Modern.az xəbər verir ki, Şəhər İcra Hakimiyyətinin əməkdaşları tərəfindən ərzaq məhsullarından ibarət sovqatlar qeyd olunan kateqoriyadan olan 500 ailənin ünvanına çatdırılıb.

 

Vətəndaşlar göstərilən yüksək diqqət və qayğıya görə, eləcə də ölkəmizdə və Naftalanda koronavirus  infeksiyasının  yayılmasının  qarşısının  alınması  məqsədi ilə görülən tədbirlərə  görə möhtərəm cənab Prezident İlham Əliyevə və Birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya dərin  minnətdarlıqlarını  bildiriblər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada ara qarışdı - Çevriliş xəbərdarlığı edildi - Gündəm Masada