Modern.az

Azərbaycan ərazisinə qar yağdı

Azərbaycan ərazisinə qar yağdı

Aktual

28 Aprel 2020, 22:03

Bu gün saat 21:00-a olan məlumata əsasən Daşkəsən, Gədəbəy, Göygöl, Gəncə, Şəmkir, Xaçmaz, Quba, Qusar, Xaltan, Lerik, Kişçay (Şəki), Sarıbaş (Qax), Xınalıq, Şabran, Nabranda yağış, Şahdağda qar yağıb.

Modern.az  Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, şimal-qərb küləyi arabir Tərtərdə 27 m/s, Naftalanda 26 m/s, Gəncə, Neftçalada 20 m/s, Bakıda 30 m/s, Sumqayıtda 24 m/s, Maştağada 19 m/s, Zabratda 18 m/s, Neft Daşlarında 17 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürluyu 2.8 metrə çatıb.

Girdimançayda (İsmayıllı) güclü leysan yağış, dolu ilə müşahidə edilib. Yağıntının miqdarı 20 mm, dolunun diametri 2 mm olub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada ara qarışdı - Çevriliş xəbərdarlığı edildi - Gündəm Masada