Modern.az

Fransada idman yarışları bu tarixə qədər dayandırıldı

Fransada idman yarışları bu tarixə qədər dayandırıldı

Aktual

29 Aprel 2020, 00:29

Peşəkar idman mövsümü yarışları, xüsusilə də futbol çempionatları baş tutmayacaq. 2019-2020-ci illər Liqa 1 və Liqa 2 mövsümləri keçirilməyəcək. Bütün böyük idman və mədəniyyət tədbirləri, ümumiyyətlə 5 mindən çox insanın toplaşdığı tədbirlər sentyabr ayından əvvəl keçirilə bilməz.

Modern.az xəbər verir ki, bu barədə Fransa Baş naziri Eduard Filipp Milli Assambleyada təcrid olma rejimindən çıxmaqla bağlı hökumətin milli strategiyasını təqdim edərkən bildirib.

Bildirib ki, futbol mövsümü də sentyabr ayından sonra başlaya bilər. Baş nazirin çıxışından sonra UEFA-nın Avro 2020-nin 2021-ci ilin yayına təxirə salınması qərarı yerinə düşüb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada ara qarışdı - Çevriliş xəbərdarlığı edildi - Gündəm Masada