Modern.az

Goranboyun icra başçısı videomüşavirə keçirdi 

Goranboyun icra başçısı videomüşavirə keçirdi 

Aktual

29 Aprel 2020, 14:28

Goranboy rayon İcra Hakimiyyəti Başçısı video müşavirə keçirib.

 

Modern.az xəbər verir ki, inzibati ərazi dairəsi üzrə nümayəndəliklər ilə keçirilən video müşavirədə İcra başçısı Məhərrəm Quliyev Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə, yerlədə xüsusi karantin rejiminin tələblərinə əməl edilməsi, aztəminatlı ailələrə sosial qayğının göstərilməsi və kənd təsərrüfatı işlərinin gedişi barədə məlumatları dinlədi, bu sahədə həlli vacib məsələlərin icrası ilə bağlı inzibati ərazi dairəsi üzrə nümayəndələrə  və digər aidiyyəti məsul şəxslərə tapşırıqlarını verib.

 

Yerlərdə ictimai işlərdə çalışan şəxslərin fəaliyyətinə, kənd təsərrüfatı sahəsində çalışanlarla bağlı verilən rəsmi arayışlara və aztəminatlı ailələrə ərzaq yardımlarının verilməsində obyektivliyin gözlənilməsinə  də toxunan icra başçısı, bu sahələrdə qanunazidd hallara yol verilməməsini  ciddi surətdə  tapşırdı.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada ara qarışdı - Çevriliş xəbərdarlığı edildi - Gündəm Masada