Modern.az

Daha bir Avropa ölkəsi fövqəladə vəziyyət rejimini dayandırır

Daha bir Avropa ölkəsi fövqəladə vəziyyət rejimini dayandırır

Aktual

30 Aprel 2020, 00:07

Serbiya Prezidenti gələn həftə fövqəladə vəziyyət rejiminin dayandırılmasını ehtimal edir.

Modern.az  xarici mediaya istinadən xəbər verir ki, bu barədə ölkə prezidenti Alexander Vuçiç "RTS" milli televiziya kanalına verdiyi müsahibədə bildirib.

"Düşünürəm ki, fövqəladə vəziyyət növbəti həftə qaldırıla bilər. Gələn həftənin sonunda bu rejimin dayandırılmasının mümkünlüyünü istisna etmirəm", - A.Vuçiç deyib.
 

Xatırladaq ki, Sebiyada fövqəladə vəziyyət rejimi martın 15-dən tətbiq edilib. Ölkədə koronavirus infeksiyasına yoluxma hallarının sayı 8724-ə, xəstəlikdən ölənlərin sayı isə 173-ə çatıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada ara qarışdı - Çevriliş xəbərdarlığı edildi - Gündəm Masada