Dünyada koronavirusa yoluxanların sayı 3 220 969 nəfərə çatıb.
Modern.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.
Məlumata əsasən, ötən sutka ərzində 81 678 nəfər yeni koronavirusa yoluxub, 6 593 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 3 220 969 nəfərə, ölənlərin isə 228 030 nəfərə çatıb.
Ən çox yoluxma və ölüm halları Avropa regionunda qeydə alınıb - 1 406 899 yoluxma və 129 311 ölüm halı Avropa regionunda sutka ərzində 21 750 yoluxma halı, 2 882 ölüm halı qeydə alınıb.
İkinci yerdə Cənubi və Şimali Amerika qərarlaşıb. Burada aprelin 28-nə olan məlumatlara əsasən, yoluxanların sayı 1 213 088, ölənlərin sayı isə 62 404 nəfərə çatıb.
Üçüncü yeri Qərbi-Sakit okean regionu tutur, burada ümumilikdə 176 928 yoluxma və 7 304 ölüm halı qeydə alınıb.