Modern.az

Bakıda mənzildən külli miqdarda oğurluq edən şəxs tutuldu

Bakıda mənzildən külli miqdarda oğurluq edən şəxs tutuldu

Aktual

30 Aprel 2020, 09:18

Bakıda mənzildən külli miqdarda oğurluq edilib.

 

Modern.az-ın məlumatına görə, hadisə paytaxtın Xətai rayonu, Gəncə prospektindəki mənzillərdən birində qeydə alınıb.

 

Vətəndaşa məxsus mənzilə daxil olan naməlum şəxs oradan 400 manat pul, 1300 manatlıq qızıl-zinət əşyaları və iki ədəd qol saatı oğurlayıb.

 

Xətai rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən 1988-ci il təvəllüdlü Bəxtiyar Mansurov saxlanılıb.

 

Faktla bağlı araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada ara qarışdı - Çevriliş xəbərdarlığı edildi - Gündəm Masada