Modern.az

Polis əməliyyat keçirdi, narkotacirlər saxlanıldı

Polis əməliyyat keçirdi, narkotacirlər saxlanıldı

Aktual

30 Aprel 2020, 09:24

Bakıda narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər saxlanılıb.

 

Modern.az-ın məlumatına görə, Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Əmircan qəsəbə sakini, 1978-ci il təvəllüdlü N. Ağayev saxlanılıb.

 

Ondan 2,136 qram marixuana, 1,328 qram heroin və 0,293 qram metamfetamin aşkar edilib. Həmin mənzildə olan N. Ağayevin tanışları 1991-ci il təvəllüdlü C. Ağayevdən 0,83 qram heroin, 1985-ci il təvəllüdlü T. Bünyatovdan isə 0,239 qram heroin aşkarlanıb.

 

Hər 3 şəxs saxlanılıb, faktla bağlı araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada ara qarışdı - Çevriliş xəbərdarlığı edildi - Gündəm Masada