Modern.az

Bakıda 21 yaşlı gənc aptekə basqın etdi

Bakıda 21 yaşlı gənc aptekə basqın etdi

Aktual

30 Aprel 2020, 09:48

Bakıda aptekdə soyğunçuluq hadisəsi törədilib.

 

Modern.az məlumatına görə, hadisə paytaxtın Xəzər rayonu, Mərdəkan qəsəbəsindəki aptekdə qeydə alınıb.

 

Naməlum şəxs aptekə daxil olaraq əzçanı hədələyib. Həmin şəxs aptekdən 106 manat dəyərində tibbi məhsul götürüb və hadisə yerindən qaçıb.

 

Xəzər rayon 1-ci Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Qax rayon sakini, 1999-cu il təvəllüdlü E.Nurməhəmmədov saxlanılıb.

 

Faktla bağlı araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada ara qarışdı - Çevriliş xəbərdarlığı edildi - Gündəm Masada