Modern.az

Bakıda maskalılar sürücünün 10 min dollarını apardılar

Bakıda maskalılar sürücünün 10 min dollarını apardılar

Aktual

30 Aprel 2020, 12:25

Bakıda maskalılar şəhər sakini C.Səfərovu soyublar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, aprelin 28-də saat 20 radələrində Bakı şəhər sakini C.Səfərovun idarə etdiyi “Renault” markalı avtomobili Bakıxanov qəsəbəsi ərazisində yaşadığı evin qarşısında saxlayarkən 2 maskalı şəxsin avtomobilə oturub ona bıçaqla ayağından xəsarət yetirərək 10.000 ABŞ dollarını cibindən götürərək getmələri barədə Sabunçu RPİ-nin 13-cü Polis Bölməsinə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Masallı rayon sakinləri Ə.Abduləhədov və S.Şəmmədov qısa müddətdə müəyyən edilərək saxlanılıblar.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...