Modern.az

Teymur Rəcəbov 9-cu, Şəhriyar Məmmədyarov 11-ci oldu

Teymur Rəcəbov 9-cu, Şəhriyar Məmmədyarov 11-ci oldu

Aktual

30 Aprel 2020, 15:00

Beynəlxalq Şahmat Federasiyası (FİDE) növbəti reytinq cədvəlini açıqlayıb.

 

Modern.az xəbər verir ki, 100 şahmatçının yer aldığı reytinqin ilk 10-luğunda bir azərbaycanlı təmsilçi yer alıb. Teymur Rəcəbov yeni reytinqə əsasən 9-cu pillədə qərarlaşıb. Digər təmsilçimiz Şəhriyar Məmmədyarov isə 11-ci pillədə qalıb.

 

Azərbaycanın digər təmsilçiləri Qədir Hüseynov 72-ci, Nicat Abbasov 74-cü, Rauf Məmmədov isə 90-cı pillədə qərarlaşıb.

 

Reytinq cədvəlinə liderliyi Maqnus Karlsen edir.

 

Qadın şahmatçılar arasında isə Günay Məmmədzadə 29-cu, Gülnar Məmmədova 77-ci, Xanım Balacayeva isə 86-cı pillədəki yerini qoruyub

Sizə yeni x var
Keçid et
Rusiyada ara qarışdı - Çevriliş xəbərdarlığı edildi - Gündəm Masada