Modern.az

Daşkəsəndə aztəminatlı ailələrə yardım paylanılıb - FOTO

Daşkəsəndə aztəminatlı ailələrə yardım paylanılıb - FOTO

Aktual

30 Aprel 2020, 15:18

Daşkəsən rayonunda aprelin 30-da aztəminatlı və ehtiyacı olan imkansız ailələrə yardımlar edilib.

 

Modern.az xəbər verir ki, Daşkəsən Rayon İcra Hakimiyyəti tərəfindən aprelin 30-da rayonda yaşayan 58 aztəminatlı, yaşlı və tənha insanlara, işsiz, imkansız ailələrə müxtəlif ərzaq məhsullarından ibarət bağlamalar verilib. 

 

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev imkansız ailələrlə görüşərkən bildirib ki, müqəddəs Ramazan ayı, orucluq günlərində aztəminatlı, ahıl və işsiz ailələrə maddi yardımlar verilir, rayonda koronovirusla bağlı xüsusi karantin rejimi tətbiq olunur, bütün  zəruri tədbirlər də görülür. Çox sevindirici haldır ki,  hazırda Daşkəsəndə koronovirus xəstəliyinə yoluxma halı yoxdur.

 

Vətəndaşların qayğısına qalaraq onların rifahı üçün yorulmadan çalışdıqlarına görə Daşkəsənlilər möhtərəm Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildirirlər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada ara qarışdı - Çevriliş xəbərdarlığı edildi - Gündəm Masada