Modern.az

“Azərpoçt” daha 16 ölkəyə poçt göndərişlərini bərpa etdi

“Azərpoçt” daha 16 ölkəyə poçt göndərişlərini bərpa etdi

Aktual

30 Aprel 2020, 16:10

“Azərpoçt” MMC daha 16 ölkəyə poçt göndərişlərini bərpa edib.

 

Modern.az xəbər verir ki, bu barədə MMC-nin mətbuat xidməti məlumat yayıb.

 

Mənbənin məlumatına görə, uğurlu danışıqlar nəticəsində beynəlxalq poçt daşımaları barədə razılaşma əldə olunub.

 

Hazırda poçt şöbələrində və “Şəbəkə” xidmət mərkəzlərində 33 ölkəyə beynəlxalq poçt göndərişləri qəbul edilir. Bunlar Almaniya, ABŞ, Avstriya, Belçika, Böyük Britaniya, Bolqarıstan, Çexiya, Çin, Danimarka, Fransa, Gürcüstan, Estoniya, İsrail, İsveç, İsveçrə, İtaliya, İspaniya, Kanada, Koreya, Qazaxıstan, Qırğızıstan, Litva, Macarıstan, Niderland, Norveç, Polşa, Portuqaliya, Rusiya, Sinqapur, Tailand, Türkiyə, Ukrayna və Yaponiyadır.

 

Digər ölkələrə də poçt göndərişlərinin bərpa olunması üçün danışıqlar aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada ara qarışdı - Çevriliş xəbərdarlığı edildi - Gündəm Masada