Goranboy rayon İcra Hakimiyyətinin başçısı Qızılhacılı qəsəbəsində və Aşağı Ballıqaya kəndində kənd təsərrüfatı işlərinin gedişi ilə maraqlandı.
Modern.az xəbər verir ki, Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev Qızılhacılı qəsəbəsində və Aşağı Ballıqaya kəndində taxıl sahələrinin və digər mövsümi kənd təsərrüfatı bitkilərinin suvarılması, pambıq sahələrində çiyid səpininin aparılması ilə maraqlanıb.
İcra başçısı, ümumilikdə kənd təsərrüfatı sahəsində aparılan aqrotexniki tədbirlər və suvarma suyunun təminatı ilə bağlı adiyyəti şəxslərə müvafiq tapşırıqlarını verib.