Modern.az

Abşeronda hündürlükdən yıxılan 58 yaşlı kişi öldü

Abşeronda hündürlükdən yıxılan 58 yaşlı kişi öldü

Aktual

30 Aprel 2020, 21:59

Abşeron rayonunda ölümlə nəticələnən bədbəxt hadisə qeydə alınıb.

Modern.az “Report”a istinadən xəbər verir ki, hadisə rayonun “At yalı” adlanan yaşayış massivində baş verib.

Belə ki, 1962-ci il təvəllüdlü Orucov Zakir Həsən oğlu tikintidə işləyərkən hündürlükdən yıxılaraq ağır xəsarət alıb.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə daxili qanaxma və kəllə-beyin travması diaqnozu ilə xəstəxanaya çatdırılıb.

Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...