Mayın 1-nə səhər saatlarına olan məlumata görə, dünyada koronavirusa yoluxan insanların ümumi sayı 3 milyon 308 min 542 nəfər təşkil edir.
Modern.az COVID-19 barədə statistika aparan Worldometers saytına istinadla xəbər verir ki, indiyə kimi virusdan ölənlərin sayı 234 min 112 nəfərə çatıb. 1 milyon 042 min 921 nəfər isə sağalıb.
Yoluxma hallarına görə yenə ABŞ birincidir – burada 1 milyon 095 min 210 nəfərdə virus aşkarlanıb.
Xəstələrin sayına görə ikinci yerdə İspaniya (239 min 639 nəfər ), üçüncü yerdə isə İtaliya (205 min 463 nəfər) gəlir.
Xatırladaq ki, 2019-cu ilin sonlarında Çinin Hubey əyalətinin Uxan şəhərində yeni koronavirusun səbəb olduğu xəstəlik sürətlə yayılmağa başlayıb və tez bir zamanda demək olar ki, bütün dünyanı bürüyüb. Mart ayının 11-də Dünya Səhiyyə Təşkilatı COVID-19 xəstəliyinə səbəb olan yeni koronavirusun yayılmasını pandemiya elan edib.