Modern.az

Ermənistanda koronavirusa yoluxanların sayı 2 mini keçdi

Ermənistanda koronavirusa yoluxanların sayı 2 mini keçdi

Aktual

1 May 2020, 11:08

Ermənistanda koronavirusa yoluxanların sayı 2 148 nəfərə çatıb.

 

Modern.az erməni KİV-lərinə istinadən məlumatına görə, son sutka ərzində 82 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb. Həmçinin 1 nəfərin ölümü qeydə alınıb.

 

Bu günədək Ermənistanda 33 nəfər koronavirusun qurbanı olub, 1 136 nəfərin müalicəsi davam edir.

 

Qeyd edək ki, ölkədə mayın 14-dək fövqəladə vəziyyət elan olunub.

Sizə yeni x var
Keçid et
Rusiyada ara qarışdı - Çevriliş xəbərdarlığı edildi - Gündəm Masada