Modern.az

Bank hesablarından pul oğurlayan şəxs saxlanıldı

Bank hesablarından pul oğurlayan şəxs saxlanıldı

Aktual

1 May 2020, 14:53

Bakıda bank hesablarından pul oğurlamaqda şübhəli bilinən şəxs aşkar edilib.

 

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Modern.az-a verilən məlumata görə, Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 4 nəfərin bank hesablarından pul çıxararaq oğurlamaqda şübhəli bilinən Xırdalan şəhər sakini, əvvəllər məhkum olunmuş R.Mehdiyev saxlanılıb.

 

Ətrafında aparılmış tədbirlərlə onun 6 nəfərə qarşı dələduzluq etməsi də müəyyən edilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada ara qarışdı - Çevriliş xəbərdarlığı edildi - Gündəm Masada