İtaliyada son sutka ərzində koronavirusa yoluxan daha 269 nəfər dünyasını dəyişib.
Modern.az xarici mediaya istinadən xəbər verir ki,bununla da ölkədə pandemiyadan ölənlərin sayı 28 236-ya çatıb.
İtaliyanın Səhiyyə Nazirliyinin məlumatına görə, koronavirusa yoluxanların sayı daha 2 086 nəfər artıb. Bununla da ölkədə virusa yoluxanların ümumi sayı 207 428 nəfərə çatıb.
Pandemiyanın başlanğıcından bəri virusa yoluxmuş insanların ümumi sayı 197 675 nəfərdir, son 24 saat ərzində isə 1 965 yeni yoluxma halı qeydə alınıb.