Modern.az

Polis 1 gündə karantin qaydaların pozan 694 sürücünü CƏRİMƏLƏDİ

Polis 1 gündə karantin qaydaların pozan 694 sürücünü CƏRİMƏLƏDİ

Aktual

2 May 2020, 12:56

Karantin rejimi qaydalarını pozan daha 694 sürücü saxlanılıb.

 

Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) Modern.az-a verilən məlumata görə, Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə 01.05.2020-ci il saat 00:00-dan 02.05.2020-ci il 00:00-dək olan müddət ərzində respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 694 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.

 

Ümumilikdə 01.04.2020-ci il tarixindən bu günədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə 45 445 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Ö*lən və yaralananlar var - Xəbəriniz Var? - Media Turk TV