Modern.az

Baş nazir oğluna həkiminin adını verib

Baş nazir oğluna həkiminin adını verib

Aktual

2 May 2020, 20:41

Böyük Britaniyanın Baş naziri oğluna həkiminin adını verib.

 

Modern.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Boris Consonun xanımı Kerri Simonds özünün “Instagram” səhifəsində yazıb.  


"Sizə 29 aprel 2020-ci ildə səhər saat doqquzda doğulmuş Uilfred Louri Nikolas Consonu təqdim edirəm. Uilfred adı baba Borisin şərəfinə, Louri - mənim babamın şərəfinə, Nikolas adı isə ötən ay Borisin həyatını xilas etmiş həkimlər Nik Praysın və Nik Xartanın şərəfinə adlandırılıb",- deyə Kerri Simonds  yazıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan ŞOK İTTİHAM - Ukrayna bizi Bakıdan VURUR!