Türkiyədə son sutka ərzində daha 78 nəfər koronavirusdan ölüb.
Modern.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fəxrəddin Qoca məlumat verib.
Nazir bildirib ki, bununla da ölkədə koronavirusdan ölənlərin ümumi sayı 3 336 nəfərə çatıb:
"Bu gün ölkədə koronavirus testindən keçənlərdən 1 983-nün cavabı pozitiv çıxıb. Müalicə olunan 4 451 xəstə isə bu gün evə buraxılıb".
Nazirin sözlərinə görə, martın 30-dan ilk dəfə virusa birgünlük yoluxma sayı 2 000-ə yaxınlaşıb.