Rusiyanın paytaxtında koronavirus qurbanlarının sayı artıb.
Modern.az Rusiya mediasına istinadən xəbər verir ki, son bir sutkada Moskvada daha 34 nəfər koronavirusdan ölüb.
Rusiyanın Koronavirusla bağlı Vəziyyətə Nəzarət və Profilaktika üzrə Operativ Qərargahı məlumatına görə, bununla da Moskvada koronavirusdan ölənlərin sayı 729 nəfərə çatıb.
Qeyd edək ki, Rusiyada, ümumilikdə 124 054 nəfərə COVID-19 diaqnozu qoyulub.