Modern.az

Azərbaycanda “Görünməyən düşmən” adlı film yayımlanacaq - VİDEO

Azərbaycanda “Görünməyən düşmən” adlı film yayımlanacaq - VİDEO

Aktual

4 May 2020, 08:59

Mayın 5-i Azərbaycanın İctimai Televiziyası “Görünməyən düşmən” adlı film yayımlayacaq.

 

Modern.az xəbər verir ki, film dünyada baş verən koronavirus pandemiyasına həsr olunub.

 

Burada bir sıra məşhur azərbaycanlıların mövcud vəziyyətlə bağlı fikirləri, həmçinin həkimlərin karantin dövründə nə edəcəyimiz barədə tövsiyələri yer alacaq.

 

Sənədli filmdə həmçinin koronavirusla mübarizə aparan tibb işçiləri xəstəliyə yoluxan pasiyentlərin simptomları haqqında danışacaqlar.

 

Qeyd etmək lazımdır ki, film çərçivəsində Azərbaycanda koronavirus pandemiyasının qarşısının alınması istiqamətində atılan uğurlu addımlar da işıqlandırılıb.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Ö*lən və yaralananlar var - Xəbəriniz Var? - Media Turk TV