Modern.az

Bakı polisi əməliyyat keçirib, narkotacirlər saxlanıldı

Bakı polisi əməliyyat keçirib, narkotacirlər saxlanıldı

Aktual

4 May 2020, 09:40

Bakıda narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər saxlanılıb.

 

Modern.az-ın məlumatına görə, Nərimanov rayon Polis İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat zaman şəhər sakini, 1996-cı il təvəllüdlü X. Hüseynov saxlanılıb.

 

Ondan 0,296 qram heroin, 1,551 qram metamfetamin aşkar edilib.

 

Nəsimi Polis İdarəsinin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhər sakini, 1993-cü il təvəllüdlü R. Səfərov saxlanılıb. Ondan 4,707 qram heroin aşkar edilirək götürülüb.

 

Xətai rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, 1984-cü il təvəllüdlü R. Həşimovdan 3,171 qram metamfetamin, 1987-ci il təvəllüdlü R. Əhmədovdan isə 1,408 qram heroin və 0,287 qram metamfetamin aşkar edilib.

 

Hər 4 fakt üzrə araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Ö*lən və yaralananlar var - Xəbəriniz Var? - Media Turk TV