Modern.az

Kürdəmirdəki ağır qəzada 4 ölü, 6 yaralı - YENİLƏNİB

Kürdəmirdəki ağır qəzada 4 ölü, 6 yaralı - YENİLƏNİB

Aktual

4 May 2020, 13:37

Kürdəmirdə baş verən qəzada ölənlərin və xəsarət alanların kimliyi məlum olub.

Modern.az APA-ya istinadən xəbər verir ki, qəza nəticəsində 54 yaşlı Mehparə Kərim qızı Kərimova, 46 yaşlı Aygün Kərim qızı Kərimova, 12 yaşlı Qorxmaz Abbas oğlu Kərimov və Aylin Natiq qızı Həsənova dünyasını dəyişiblər.

"Nissan" markalı avtomobilin sürücü Ceyhun Piriyev və sərnişinləri - 34 yaşlı Şəfa Vaqif qızı Piriyeva, Reyhan Kərim qızı Kərimova, Arzu İsrayıl qızı Hətəmov və "Mercedes" markalı avtomobilin sürücüsü Abbas Kərimov müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər. 

2 yaşlı Sabir Ceyhun oğlu Piriyevin vəziyyəti isə ağır olaraq qalır. Onun əməliyyat olunduğu bildirilir.

Xatırladaq ki, bu gün Kürdəmir ərazisində Abbas Kərimovun idarə etdiyi “Mercedes” və Ceyhun Piriyevin idarə etdiyi “Nissan X-Trail” markalı avtomobillər toqquşub.

***
Bu gün Kürdəmir rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Modern.az xəbər verir ki, Abbas Kərimovun idarə etdiyi “Mercedes” və Ceyhun Piriyevin idarə etdiyi “Nissan X-Trail” markalı avtomobillər toqquşub.

İlkin məlumata görə, hadisə nəticəsində 4 nəfər həlak olub, azı 3 nəfərin xəsarət aldığı bildirilir. Xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər.

Hadisə ilə bağlı araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Ö*lən və yaralananlar var - Xəbəriniz Var? - Media Turk TV