Modern.az

Qazaxıstan parlamentinin yeni spikeri seçildi

Qazaxıstan parlamentinin yeni spikeri seçildi

Aktual

4 May 2020, 13:25

Mayın 4-də Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin sərəncamı ilə ölkə senatının deputatı təyin edilən Maulen Aşimbayev spiker vəzifəsinə seçilib.

 

Modern.az “RİA Novosti”yə istinadən məlumat verir ki, bu barədə Qazaxıstan prezidentinin mətbuat katibi Berik Kurmanqalı məlumat yayıb.

 

Qeyd edək ki, bundan əvvəlki spiker ölkənin ilk prezidenti Nursultan Nazarbayevin qızı Dariqa Nazarbayeva idi. Mayın 2-də K.J.Tokayev onun səlahiyyətlərinə xitam verilməsi haqqında fərman imzalayıb. Həmçinin, bu gün Qazaxıstanın Mərkəzi Seçki Komissiyası D.Nazarbayevanın deputatlıq səlahiyyətlərinə son verib.

 

Ölkə konstitusiyasına görə, senatın spikeri vəzifəsi prezidentlikdən sonra ikinci ali məqamdır. Ölkə başçısı vəzifəsindən vaxtından əvvəl azad edildiyi və ya kənarlaşdırıldığı, həmçinin, vəfat etdiyi təqdirdə qalan müddət üçün prezident səlahiyyətlərini senatın sədri icra edir.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Ö*lən və yaralananlar var - Xəbəriniz Var? - Media Turk TV