Modern.az

Alimlər açıqladı: 2030-cu ildə müsəlmanlar 36 gün oruc tutacaq

Alimlər açıqladı: 2030-cu ildə müsəlmanlar 36 gün oruc tutacaq

Aktual

4 May 2020, 14:06

2030-cu ildə müsəlmanlar 36 gün oruc tutacaq.

 

Modern.az xəbər verir ki, “Al-Mərsəd”in məlumatına görə, Səudiyyə Ərəbistanının Əl-Qasim Universitetində iqlim elmləri professoru Abdullah əl-Musand astronomik proqnozlara əsasən belə bir iddia ilə çıxış edib. 

 

Onun “Twitter” hesabında paylaşdığı şərhdən belə məlum olur ki, Ramazan ayı 2030-cu ildə iki dəfə başlayacaq: yanvarın 5-də və dekabrın 26-da. O, bunun səbəbi kimi hicri-qəməri təqvimin Günəş təqvimindən 11 gün daha qısa olması ilə izah edib.

 

“2030-cu ildə Ramazan ayı iki dəfə başlayacaq. Birinci dəfə hicri-qəməri təqvimi ilə 1451 ci ildədir ki, bu da miladi təqvimlə 2030-cu ilin yanvarın 5-nə düşür. Elə həmin il dekabrın 25-də hicri-qəməri təqvimi ilə növbəti Ramazan ayı başlayacaq. Beləliklə, altı gün oruc tutulacaq. 1452-ci ilin Ramazan ayının davamı miladi təqvimlə 2031-ci ildə olacaq”.(oxu.az)

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Ö*lən və yaralananlar var - Xəbəriniz Var? - Media Turk TV