Modern.az

Kürdəmirdə 4 yaşlı uşağı ilan sancdı

Kürdəmirdə 4 yaşlı uşağı ilan sancdı

Aktual

4 May 2020, 14:43

Kürdəmir rayonunda azyaşlı uşağı ilan sancıb.

 

Modern.az xəbər verir ki, hadisə rayonun Şilyan kəndində qeydə alınıb.

 

Belə ki, kənd sakini, 4 yaşlı Əhmədova Nur Rəvan qızı həyətyani sahədə oynayarkən onu ilan sancıb. Yaxınlarının köməyi ilə onu Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparıblar.

 

Azyaşlıya ilan zəhəri əleyhinə zərdab vurulub.

 

Fakt araşdırılır.(Report.az)

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Azərbaycandakı strateji koordinatlar İrana ötürüldü - ŞOK İDDİA!