Modern.az

Azərbaycanda 88 yaşlı qadın koronavirusdan sağaldı

Azərbaycanda 88 yaşlı qadın koronavirusdan sağaldı

Aktual

4 May 2020, 16:54

Azərbaycanda daha bir yaşlı şəxs koronavirusdan sağalıb.

 

Modern.az xəıbər verir ki, bu dəfə 88 yaşlı İsmayıllı rayon sakini (adını qadının özünün arzusu ilə açıqlamırıq) virusa qalib gəlib.

 

Belə ki, Bakıdakı xüsusi rejimli xəstəxanaların birində müalicə alan 1932-ci il təvəllüdlü qadın 21 apreldə xəstəxanaya temperatur, zəiflik və pnevmoniya əlamətləri ilə daxil olub.

 

Müvafiq tibbi prosedurlardan sonra o, COVID-19 virusundan sağalıb.

 

Qeyd edək ki, bir neçə gün əvvəl 92 yaşlı Lənkəran sakini Axundova Ağabəyim də koronavirusa qalib gəlib. (Qafqazinfo)

Sizə yeni x var
Keçid et
Ukrayna aman vermir - Rusiya yenə bombalanır