İtaliyada ötən sutka ərzində yeni növ koronavirusdan daha 195 nəfər ölüb.
Modern.az xəbər verir ki, bu barədə ölkənin Mülki Müdafiə Departamentindən bildiriblər.
Məlumata əsasən, İtaliyada koronavirusdan ölənlərin ümumi sayı 29 079 nəfərə çatıb.
Bildirilir ki, son sutka ərzində 1 221 nəfər koronavirusa yoluxub, yoluxanların ümumi sayı 211 938 nəfər təşkil edir.
Məlumata görə, indiyədək İtaliyada 82 879 nəfər koronavirusdan sağalaraq xəstəxanaları tərk edib.