Modern.az

Türkiyə koronavirusa qarşı qadağaları yumşaldır

Türkiyə koronavirusa qarşı qadağaları yumşaldır

Aktual

4 May 2020, 21:10

Türkiyədə koronavirusa qarşı qadağalar qismən aradan qaldırılır.

Modern.az  Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan keçirdiyi brifinqdə məlumat verib.

Türkiyə prezidenti bildirib ki,  hökumət koronavirusun yayılmasının qarşısının alınması məqsədilə 65 yaşdan yuxarı və 20 yaşdan aşağı vətəndaşlara tətbiq etdiyi yasağı yumşaldır.

 

R.T.Ərdoğan bildirib ki, 65 yaşdan yuxarı və 20 yaşdan aşağı vətəndaşlara mayın 13-də 4 saat müddətinə evdən çıxmağa icazə veriləcək: "Bu yumşaldılma saat 11:00-dan 15:00-dək qüvvədə olacaq. Eyni zamanda həftəsonu yenidən komendant saatı tətbiq ediləcək".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Ö*lən və yaralananlar var - Xəbəriniz Var? - Media Turk TV