"Ölkənin 31 vilayətindən 7-də şəhər və rayonlararası giriş-çıxışlara qoyulmuş məhdudiyyətlər bu gecədən aradan qaldırılır. Bunlar Antalya, Aydın, Ərzurum, Hatay, Malatya, Mersin və Muğladır".
Modern.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan keçirdiyi brifinqdə bildirib.
Prezident qeyd edib ki, qadağa tətbiq olunan digər 24 vilayətdə şəhər və rayonlararası giriş-çıxışlara qoyulmuş məhdudiyyətlər qüvvədə qalır: "Həmin müddət daha 15 gün müddətinə uzadılıb. Mayın 11-dən Türkiyədə ticarət mərkəzlərinin (AVM) fəaliyyəti bərpa ediləcək".
Qeyd edək ki, mayın 11-dən Türkiyədə bərbərxana və gözəllik salonları da adi qaydada işləyəcək.