Modern.az

Din xadimi ailəsi ilə birlikdə koronavirusa yoluxdu

Din xadimi ailəsi ilə birlikdə koronavirusa yoluxdu

Aktual

4 May 2020, 21:56

Dağıstan müftisi Əhməd Abdullayev ailəsi ilə birlikdə koronavirusa yoluxub.

Modern.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə müftinin həyat yoldaşı və müşaviri Ayna Həmzətova məlumat verib.

"Ailəmizdə bu iki həftə ərzində ən ağır xəstələnən müfti oldu. Düzgün aparılan müalicə protokolu sayəsində aparata qoşulmaqdan və digər ağır nəticələrdən xilas olduq. Hazırda biz bərpa mərhələsindəyik", - deyə Həmzətova bildirib.

O, Dağıstanın imkanlı və səlahiyyətli şəxslərinə müraciət edərək Mahaçqalada üçüncü şəhər xəstəxanasını koronavirus xəstələrinin istifadəsinə vermək üçün lazımi avadanlıqlarla təchiz etməyi xahiş edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Ö*lən və yaralananlar var - Xəbəriniz Var? - Media Turk TV